Azərbaycan Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir

Azərbaycan Tərcümə Mərkəzi Seçim Turlarını davam  etdirir

Azərbaycan Tərcümə Mərkəzinin dil və tərcümə işinin təkmilləşdirilməsi, ölkədə fəaliyyət göstərən peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi və sertifikatlaşdırılması üzrə 2019-cu ilin Seçim Turu davam edir.

Seçimdə iştirak üçün aşağıda qeyd olunan sənədlər Mərkəzin info@aztc.gov.az ünvanına göndərilməli, yaxud kağız formatında Bakı şəhəri, Əlimərdan bəy Topçubaşov küçəsi 74 ünvanına təqdim edilməlidir.

Qeydiyyat üçün tələb olunan sənədlər:

1.     Şəxsiyyət vəsiqəsinin surəti

2.     CV

Qeyd: Mərkəzin elektron poçtuna göndərilən sənədlərin “mövzu” bölümündə namizədlərin hansı dil və tərcümə sahəsi üzrə ixtisaslaşdığı qeyd edilməlidir.

Sənədlərin qəbulu 2019-cu il 28 fevral tarixinə qədər davam edəcək.

Əlaqə telefonları: (+994 12) 595-10-69 (daxili nömrə 115)

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...