Azərbaycan Tərcümə Mərkəzi tərcümə işinin təkmilləşdirilməsi istiqamətində kurslar təşkil edir
Kurslar iki istiqamətdə fəaliyyət göstərir:
1. İxtisasartırma kursları – aşağıdakı dillər və sahələr üzrə:
İngilis dili Media Sığorta Tərcümənin məharəti
Türk dili Media Humanitar sahələr
Alman dili Media Humanitar sahələr
2. Dil kursları – müxtəlif səviyyələr və dillər üzrə.
İxtisasartırma kurslarının müddəti - tərcüməçinin peşəkarlıq səviyyəsindən asılı olaraq, 2 – 6 – 12 ay;
Dil kurslarının müddəti – 6 – 12 ay;
Məşğələlərin sayı – həftədə 2 dəfə
Dərs saatı – 1,5 saat
Ünvan: Mərkəzin inzibati binasi (Ə. Topçubaşov küçəsi, 74.)
Sənədlər aşağıda qeyd olunan elektron poçt ünvanına, kağız formatında qurumun poçtuna göndərilə, yaxud Kurs rəhbərliyinə təqdim edilə bilər.
Qeydiyyata zəruri sənədlər:
1) Şəxsiyyət vəsiqəsinin surəti;
2) 2 ədəd fotoşəkil;
3) CV.
Ünvan: Ə. Topçubaşov küçəsi, 74.
E-mail: idk@aztc.gov.az
Əlaqə telefonu: (+994 12) 595-10-69 (daxili nömrə: 107)
VƏ DİGƏR...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...
-
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Nəsimi adına Dilçilik İnstitutu; 2013-cü və 2021-ci il nəşrləri) kitabından çıxarılan orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz...