“Ağrı” kitabının təqdimat mərasimi keçirilib

“Ağrı” kitabının təqdimat mərasimi keçirilib

Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində nəşr edilmiş “Ağrı” (müəlliflər Arye və Əmir Qut) kitabının təqdimat mərasimi keçirilib. 2019-cu il fevralın 26-da Bakı Konqres Mərkəzində baş tutan tədbirdə kitabın müəllifi Arye Qut, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, şairə Nigar Həsənzadə, Xocalı soyqırımının şahidləri Əsəd Fərəcov və Valeh Hüseynov çıxış ediblər. Xocalı faciəsinin dəhşətlərindən söz açan çıxışçılar Qarabağda baş vermiş qətliamı bəşər tarixində insanlığa qarşı törədilmiş ən qatı cinayətlərdən biri kimi qiymət­ləndirmiş, bu sağalmaz yaranın Azərbaycan xalqının yaddaşından əbədi olaraq silin­məyəcəyini bildirmişlər. Həmçinin sənədli arxiv materialları əsasında qələmə alınmış “Ağrı” romanının faciənin detal və təfərrüatlarını bədii təsvirlər və faktlarla açıqlamasında, erməni vandalizminin dünyaya tanıdılma­sın­da əhəmiyyətli rol oynayacağı­nı qeyd etmişlər.

Tədbirin sonunda Xocalı faciəsinə həsr olunmuş film nümayiş etdirilib.

Qeyd edək ki, Xocalı soyqırımından bəhs edən roman bundan əvvəl rus və ingilis dillərində işıq üzü görmüşdür.

 

 

Qalereya

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...