“Azərbaycan ədəbiyyatı antologiyası” kitabı Fransada nəşr olundu

“Azərbaycan ədəbiyyatı antologiyası” kitabı Fransada nəşr olundu

Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində Azərbaycan Dövlət Tərcümə Mərkəzinin həyata keçirdiyi növbəti beynəlxalq nəşr layihəsi – “Azərbaycan ədəbiyyatı antologiyası” kitabı Fransada işıq üzü görüb.

İyirmi səkkiz hekayədən ibarət kitabda klassik və çağdaş Azərbaycan ədəbiyyatının nümunələri  İsmayıl bəy Qutqaşınlı, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Süleyman Sani Axundov, Mir Cəlal, İlyas Əfəndiyev, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Yusif Səmədoğlu, Anar, Elçin, Mövlud Süleymanlı, Şahmar, Sara Oğuz, Dilsuz, Məmməd Oruc, Rafiq Tağı, Kamal Abdulla, Saday Budaqlı, İlqar Rəsul, Şərif Ağayar və digər yazıçıların əsərləri toplanıb.                                                                                                                                                                                                   
                                                                                                                     Kitabın redaktoru Ghita Belgued, “Ön söz”ün müəllifi akademik Nizami Cəfərovdur.

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.