“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” kitabı ingilis dilində

“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” kitabı ingilis dilində

Azərbaycan Dövlət Tərcümə Mərkəzi erməni xislətinin tarixi gizlinlərini üzə çıxaran “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” kitabını (müəllif – akademik Ramiz Mehdiyev) ingilis dilində nəşr edib. Qriqorian kilsəsinin Səfəvilər dövlətinə qarşı siyasi-ideoloji fəaliyyətinin araşdırılması istiqamətində ilk elmi tədqiqat işi olan əsər dövrün mənzərəsini, siyasi-ictimai proseslərin alt qatında baş verənləri ardıcıl şəkildə, tarixi dəlillər və faktlarla əks etdirir, XVII–XVIII əsrlərdə Vatikan tərəfindən Səfəvilər dövlətinə qarşı yönəldilmiş ideoloji casusluq fəaliyyəti, Qriqorian kilsəsinin bu çirkin oyunlarda katolik missiyalarla əlaqəsi, eləcə də Səfəvi şahlarının törədilən təxribatlara qarşı mübarizəsi maraqlı təhlillərlə işıqlandırılır.

Kitab – tarixçilər, politoloq və şərqşünaslar, eləcə də Səfəvilər dövlətinin, Qriqorian kilsəsinin tarixi ilə maraqlananlar üçün qiymətli elmi mənbədir.

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.