Belarusun nüfuzlu informasiya vasitələri Azərbaycan poeziyasının Minsk təqdimatından yazdı

Belarusun nüfuzlu informasiya vasitələri Azərbaycan poeziyasının Minsk təqdimatından yazdı

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin, Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği çərçivəsində Belarusda ərsəyə gətirdiyi “Müasir Azərbaycan ədəbiyyatı antologiyası – Poeziya” kitabının təqdimatı ölkənin nüfuzlu portallarında geniş işıqlandırılıb. Məlumatda deyilir:

“Azərbaycan Dövlət Tərcümə Mərkəzinin dəstəyi ilə nəşr olunan “Müasir Azərbaycan ədəbiyyatı antologiyası – Poeziya” kitabı XXVI Minsk Beynəlxalq Kitab sərgisi çərçivəsində Belarus Milli Kitabxanasında ölkə ictimaiyyətinə təqdim olunub. Tədbirdə Belarusun ədəbi ictimaiyyəti, mətbuat nümayəndələri, qiraət ustaları iştirak edib. Kitaba daxil edilən şeirləri Belarus dilinə tərcümə etmiş tanınmış şair-tərcüməçilər – Naum Qalperoviç, Tatyana Sivets, Yuliya Aleyçenko və Valeriya Sarotnik çıxış edərək, Azərbaycan–Belarus ədəbi-mədəni əlaqələrinin inkişafından, xalqlararası anlaşmanın körpüsü olan mübadilələrin müstəsna əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, kitaba – müasir Azərbaycan poeziyasının Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, Hüseyn Arif, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Mədinə Gülgün, Əliağa Kürçaylı, Əli Kərim,  Nəriman Həsənzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, Cabir Novruz, Tofiq Bayram, Fikrət Qoca, Mənsur Vəkilay, Musa Yaqub, Vaqif Səmədoğlu, Abbas Abdulla, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Çingiz Əlioğlu, Vahid Əziz, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Eldar Baxış, Dinara Gərəkməzli, Zakir Fəxri, Vaqif Bayatlı Odər, Zəlimxan Yaqub, Adil Mirseyid, Əlisəmid Kür, Vaqif Bəhmənli, Rüstəm Behrudi, Salam Sarvan, Aqşin Yenisey, Könül Arif, Leyla Əliyeva kimi ədəbi simaların şeirləri toplanıb.  

(ardını linklərdə oxu)

1.https://www.belta.by/special/culture/view/antologiju-sovremennoj-azerbajdzhanskoj-poezii-predstavili-v-natsbiblioteke-335773-2019/;

2.https://belarus-online.by/?news=35324_antologiju-sovremennoj-azerbajdzhanskoj-poezii-predstavili-v-natsbiblioteke-335773-2019;

3.http://sozvuchie.by/literaturnyj-azerbajdzhan/item/5633-u-natsyyalnaj-bibliyatetsy-pradstavili-antalogiyu-azerbajdzhanskaj-litaratury.html;

VƏ DİGƏR...