Azərbaycan Dövlət Tərcümə Mərkəzi Bakı Avrasiya Universitetində “Tərcümə problemləri” mövzusunda tədbir keçirib
Azərbaycan Dövlət Tərcümə Mərkəzi Bakı Avrasiya Universitetində “Tərcümə problemləri” mövzusunda tədbir keçirib. Tədbiri giriş sözü ilə açan Ümumi filologiya kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Elmira Məmmədova-Kekeç Azərbaycan Dövlət Tərcümə Mərkəzinin dil və tərcümə sahəsində fəaliyyəti, dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə keyfiyyətli tərcüməsi və nəşri ilə bərabər, Azərbaycan ədəbiyyatının xarici ölkələrdə təbliği və yayılması istiqamətində həyata keçirdiyi uğurlu layihələrdən danışıb. Daha sonra tədbir iştirakçılarına Mərkəzin tanıtım çarxı nümayiş etdirilib. Sonra söz Mərkəzin İdarə Heyətinin sədr müavini Vilayət Hacıyevə verilib. Vilayət Hacıyev Mərkəzin son illərdə həyata keçirdiyi tədbirlərdən, beynəlxalq nəşr və tanıtım layihələrindən danışıb. Daha sonra Mərkəzin Elm, təhsil və mədəniyyət idarəsinin rəisi, yazıçı-tərcüməçi Etimad Başkeçid, Beynəlxalq əlaqələr şöbəsinin türk dili üzrə mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Kəmalə Ələkbərova tələbə və müəllimlərin suallarını cavablandırıblar.
Qalereya
VƏ DİGƏR...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...
-
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Nəsimi adına Dilçilik İnstitutu; 2013-cü və 2021-ci il nəşrləri) kitabından çıxarılan orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz...