Rusiya və Belarus ədəbi portalları İmadəddin Nəsimidən yazdı

Rusiya və Belarus ədəbi portalları İmadəddin Nəsimidən yazdı

Rusiyanın “Atalar” və Belarusun “Sozvuçie” ədəbi portalları İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə rus dilində Moskvada işıq üzü görmüş “И стал Путем Истины я сам” kitabının nəşri ilə bağlı məlumat yayıb. Məlumatda deyilir:

“Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə rus dilində ərsəyə gətirilmiş “И стал Путем Истины я сам” kitabı Moskvada nəşr olunub. Kitaba daxil edilmiş 200-ə yaxın qəzəl və rübai Nəsimi yaradıcılığını işıqlandıran “Поэзия вечной истины” adlı məqalə, eləcə də əsərlərdə yer alan mürəkkəb sözlərə dair izah və şərhlərlə verilib. Moskva Yazıçılar Birliyinin “U Nikitskix vorot” nəşriyyatında çap olunmuş kitabın tərtibçisi və ön sözünün müəllifi Püstə Axundovadır”.

Keçid linkləri:

https://atalar.ru/n-siminin-q-z-ll-r-toplusu-moskvada-isiq-uzu-gordu.html

http://www.sozvuchie.by/knigi/item/6485-v-moskve-izdan-sbornik-gazelej-nasimi.html

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...