“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxıb
“Xəzər”in oxucuları jurnalın bu sayında:
“Nobel kürsüsü” rubrikasında – Varqas Lyosanın Nobel nitqi və “Palomino Moleronu kim öldürüb” romanı;
“Azərbaycan ədəbiyyatı” rubrikasında – İsi Məlikzadənin “Talisman” hekayəsi;
“Yubiley: A.S.Puşkin-220” rubrikasında – Puşkinin “Qraf Nulin” poeması;
“Rus ədəbiyyatı” rubrikasında – Anton Çexovun “Çöl” hekayəsi;
“İlahi keçid” rubrikasında – “Tövrat”dan tərcümə;
“Avropa poeziyası” rubrikasında – Tadeuş Rujeviçin şeirləri;
“Debüt” rubrikasında – Corc Oruelin “Mən niyə yazıram” essesi;
“Buker mükafatı laureatları” rubrikasında – İsmail Kadarenin hekayələri;
“Hekayə” rubrikasında – Mario Benedettinin və Roald Dahlın hekayələri;
“Memuar” rubrikasında – Marqaret Selincerin “Xəyallarda uçurumdan qoruyan: atam C.D.Selincer” əsəri;
“Yaddaş” rubrikasında – Plano Karpininin “Moğolustan səyahətnaməsi” tarixi əsəri;
“Kino” rubrikasında – Federiko Fellini ilə kino tənqidçisi Covanni Qratsisininin söhbəti;
“Teatr” rubrikasında – G.A.Tovstonoqovun “Səhnənin güzgüsü” əsərindən parçalar;
“Dünya uşaq ədəbiyyatı kitabxanası” rubrikasında – Canni Rodarinin “Yatmaq istəyən robot” nağılı ilə tanış ola biləcəklər.
VƏ DİGƏR...
- AZƏRBAYCAN DÖVLƏT TƏRCÜMƏ MƏRKƏZİ-nin 2014-2024-cü İLLƏR ÜZRƏ FƏALİYYƏTİNİN HESABATI
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...