Tərcümə Mərkəzində «Nəsimi poeziyası» mövzusunda dəyirmi masa keçirilib

Tərcümə Mərkəzində «Nəsimi poeziyası» mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Dövlət Tərcümə Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı dəyirmi masa təşkil edilib.

Filologiya elmləri doktoru, prof. Bədirxan Əhmədli, filologiya elmləri doktoru, prof. Rüstəm Kamal, Vilayət Hacıyev, Yaşar Əliyev, Mahir Qarayev, Nəriman Əbdülrəhmanlı, Etimad Başkeçid, Salam Sarvan, Püstə Axundova və Tərcümə Mərkəzinin digər əməkdaşlarının iştirakıyla keçirilən dəyirmi masada  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin "Nəsimi ili” elan edilməsi haqqında sərəncamının ölkəmizin mədəni həyatında çox əlamətdar hadisə olduğu qeyd edilib.

Etimad Başkeçidin moderatorluğu ilə aparılan müzakirələrdə Nəsimi şəxsiyyətinin və yaradıcılığının ən müxtəlif aspektləri, tarixi konteksti, nəsimişünaslığın aktual problemləri ilə bağlı məsələlərdən danışılıb.

Hələ sağlığında Azərbaycan, Yaxın Şərq, İraq, Kiçik Asiya və Suriyada, eləcə də Orta Asiyada geniş şöhrət tapmış sənətkarın poetik irsi, fəlsəfi görüşləri, həyat və kainat haqqında düşüncələrinin bütün dünyada tanıdılması və təbliğ edilməsinin perspektivləri haqqında ətraflı fikir mübadiləsi aparılıb.


Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.