Azərbaycanın xanlıqlar dövrü haqqında kitab Rusiya kitabxanalarında

Azərbaycanın xanlıqlar dövrü haqqında kitab Rusiya kitabxanalarında

Yaxın günlərdə Moskvada nəşr olunmuş “Политическое наследие периода ханств истории Азербайджана в свете документов” (müəllif – Ramiz Mehdiyev) kitabı Rusiyanın aparıcı kitabxanalarına yerləşdirilib.

Azərbaycan tarixinin ən ağrılı və həssas mərhələlərindən olan qədim xanlıqlar dövrünün indiyədək tarixşünaslığa gizli qalan həqiqətlərini üzə çıxaran kitab, qeyd olunan dövrlə bağlı bir çox elmi mənbələrdə əksini tapmış yanlış qənaət və nəticələrin aradan qaldırılmasına, eləcə də ictimai fikir üçün aktual və önəmli olan mövzuya daha sistemli və ədalətli baxışın formalaşmasına imkan yaradır, tarixi hadisələr, simalar tutarlı elmi faktlar və arxiv sənədləri vasitəsi ilə işıqlandırılır.

Tarixçilər və mənbəşünaslar, eləcə də Azərbaycanın qədim tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün qiymətli elmi mənbə olan əsərin rus dilinə tərcüməçisi – Püstə Axundova, redaktoru – Nadiyə Qafarova və Fərrux Rzayevdir.

Mətnlərə dair şərh və qeydlərin müəllifi – siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov, arxiv sənədlərinin fars dilindən tərcüməçisi – AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktor müavini Şahin Yəhyayevdir.

 

“Политическое наследие периода ханств истории Азербайджана в свете документов” kitabının yerləşdirildiyi kitabxanaların siyahısı

1. Rusiya Dövlət Kitabxanası, Moskva (https://www.rsl.ru/)

2. Rusiya Milli Kitabxanası, Moskva (http://nlr.ru/)

3. Rusiya Federasiyası Prezident Administrasiyası Kitabxanası, Moskva

   (https://www.prlib.ru/item/426645)

4. Rusiya Federasiyası Parlament Kitabxanası, Moskva (https://parlib.duma.gov.ru/)

5. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Elmi

    Kitabxanası  (https://www.msu.ru/info/struct/dep/library.html)

6. Rusiya Elmlər Akademiyası Kitabxanası, Sankt-Peterburq (http://www.rasl.ru/)

7. Rusiya Dövlət İncəsənət Kitabxanası, Moskva (http://liart.ru/ru/)

8. M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası, Moskva

   (https://www.culture.ru/institutes/4211/vserossiiskaya-gosudarstvennaya-biblioteka-inostrannoi-  

   literatury-imeni-m-i-rudomino)

9. Rusiya Elmlər Akademiyasının Ümumrusiya Elm İnkişafı İnstitutu, Moskva

(http://rucompromat.com/organizations/vserossiyskiy_institut_nauchnoy_i_tehnicheskoy_informatsii_ran)

10. Rusiya Dövlət İctimai-Elmi Kitabxanası, Moskva (http://www.gpntb.ru/)

11. Rusiya Dövlət Uşaq Kitabxanası, Moskva (https://rgdb.ru/ )

12. Rusiya Təhsil Akademiyasının K.D.Uşinski adına “Kitabxana” İnformasiya Mərkəzi, Moskva (http://www.gnpbu.ru/)

13. Rusiya Elmlər Akademiyasının İctimai Elmlər üzrə Elmi İnformasiya İnstitutu, Moskva (http://inion.ru/library/about/)

14. Rusiya Dövlət İctimai Tarix Kitabxanası, Moskva (https://www.shpl.ru/)

15. Rusiya İnformasiya Teleqraf Agentliyinin Milli Nəşriyyat Fondu, Moskva (https://tass.ru/moskva)

16. Rusiya Elmlər Akademiyasının Dövlət İctimai Kitabxanası (Sibir) (http://www.spsl.nsc.ru/)

17. İ.Y.Franko adına Krım Universal Elmi Respublika Kitabxanası, Simferopol (http://franco.crimealib.ru/)

18. Uzaq Şərq Dövlət Elmi Kitabxanası, Xabarovsk (http://www.fessl.ru/)

19. V.N.Orlov adına Krım Respublika Uşaq Kitabxanası, Simferopol (http://orlovka.org.ru/)

VƏ DİGƏR...