Azərbaycan Tərcümə Mərkəzinin Misir Mədəniyyət Mərkəzi ilə qarşılıqlı əməkdaşlıq görüşü keçirilib

Azərbaycan Tərcümə Mərkəzinin Misir Mədəniyyət Mərkəzi ilə qarşılıqlı əməkdaşlıq görüşü keçirilib

Misir Mədəniyyət Mərkəzinin mədəniyyət attaşesi və müdiri Əhməd Sami Elaydy ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin (AzTM) direktoru Afaq Məsud arasında qarşılıqlı əməkdaşlıq görüşü keçirilib.

Görüş zamanı Azərbaycan mədəniyyətinə, ədəbiyyatına və Qarabağ probleminə aid siyasi, elmi və bədii kitabların tərcümə məsələləri müzakirə edilib. Habelə, Misir Ərəb Respublikasının Milli Tərcümə Mərkəzi ilə AzTM arasında yaradıcı əlaqələrin qurulması, Misirdə keçiriləcək beynəlxalq sərgi-yarmarkalarda ölkəmizin təmsil olunması məsələləri ətrafında söhbət aparılıb. Gündəmə gətirilən məsələləri Mərkəz yaxın zamanlarda həyata keçirməyə başlayacaq.

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...