9 noyabr – Dövlət Bayrağı Günüdür

9 noyabr – Dövlət Bayrağı Günüdür

Hər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və atributlarında əksini tapır. Bu mənada Azərbaycan Respublikasının bayrağı, gerbi və himni dövlətimizin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Dövlət atributu olaraq Azərbaycan bayrağına ehtiram göstərilməsi ölkə vətəndaşlarının müqəddəs borcudur. Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul olunub. 1920-ci il aprelin 28-də Azərbaycanda Xalq Cümhuriyyəti süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra həmin bayraqdan imtina edilib.

Üçrəngli bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Mux­tar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəh­bərliyi ilə keçirilən sessiyada Nax­çıvan Muxtar Respublikasının Döv­lət bayrağı kimi qəbul edilib. Eyni zamanda Naxçıvan Muxtar Res­publikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi döv­lət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. 1991-ci il fevralın 5-də ölkə ictimaiyyətinin tələbi ilə Azərbaycan Respublika­sının Ali Soveti “Dövlət bayrağı haqqında” qanun qəbul edərək üçrəngli bayrağa Azərbaycan Respublikasının Dövlət bayrağı sta­tusunu verib. 1991-ci il oktyabrın 18-də müvafiq konstitusiya aktı ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyəti­nin varisi elan edərkən onun döv­lət rəmzlərini, o cümlədən Dövlət bayrağını qəbul edib.

“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” əsas­naməyə görə, Azərbaycan Res­publikasının Dövlət bayrağı Azər­baycan dövlətinin suverenliyinin rəmzidir. Azərbaycan Respubli­kasının Dövlət bayrağı eni bəra­bər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasın­da ağ rəngli aypara və səkkizgu­şəli ulduz təsviri var.

Rənglərin rəmzi mənasına gəldikdə isə mavi rəng – Azərbaycan xalqının türk mənşəli olduğunu, qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng – islam sivilizasiyasına mənsubluğunu ifadə edir.

2007-ci il noyabrın 17-də Azər­baycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhə­rində Dövlət Bayrağı Meydanının yaradılması haqqında sərəncam imzalanıb. Prezidentin 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında im­zaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Dövlət Bayrağı Meydanının təmə­li 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. 

Amerika Birləşmiş Ştatlarının “Trident Support” şirkəti tərəfin­dən hazırlanmış layihənin icrası­nı Azərbaycanın “Azenko” şirkəti yerinə yetirib. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydan­da bütün infrastruktur yaradılıb. Xüsusi layihə əsasında reallaşdı­rılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər.

Dövlət Bayrağı Meydanının açı­lışı və Dövlət bayrağının təntənəli qaldırılması 2010-cu il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tə­rəfindən həyata keçirilib. Mərasimdə ölkə ictimaiyyətinin nü­mayəndələri və xarici ölkə səfirləri iştirak ediblər.

Meydanda Dövlət Bayrağı Mu­zeyi də yaradılıb. Muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların bər­pa edilmiş bayraqları nümayişlənir. Burada həmçinin XVII–XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiya broşürləri, poçt markaları, pul nişan­larının nümunələri, orden və medallar var.

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...