Nəsiminin qəzəllər toplusu Ukraynada işıq üzü gördü

Nəsiminin qəzəllər toplusu Ukraynada işıq üzü gördü

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə töhfə olaraq Ukrayna dilində ərsəyə gətirilmiş І шляхом Істини постав я сам...” (“Haqq yolu mən özüm oldum”) kitabı (Dövlət Tərcümə Mərkəzi) Kiyevdə işıq üzü görüb.

Kitaba dahi mütəfəkkirin 200-dən çox qəzəli, tuyuğ və rübailəri daxil edilib. Əsərlərdə işlənən mürəkkəb ifadələr izah və şərhlərlə verilib. 

Şairin həyat və yaradıcılığını əks etdirən У пошуку живих імен (“Canlı adlar axtarışında”) adlı ön sözün müəllifi tanınmış Ukrayna şairi, tərcüməçi Dmitri Çistyakdır.

Ukraynanın nüfuzlu Саміт-Книга nəşriyyatı tərəfindən çap olunmuş kitab böyük Nəsimi poeziyasının ukrain oxucuları ilə ilk görüşüdür.

Şeirləri orijinaldan ukrain dilinə tanınmış Ukrayna şairləri – Pavel Movçan, Mikola Miroşniçenko, Stanislav Telnyuk və Dmitri Çistyak çevirib.

Tərtib müəllifləri – Dmitri Çistyak və Püstə Axundovadır.

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...