Nəsiminin qəzəllər toplusu Xarkovda təqdim olundu (foto, video)

Nəsiminin qəzəllər toplusu Xarkovda təqdim olundu (foto, video)

Xarkov şəhərində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə şairin ukrain dilində Ukraynada işıq üzü görmüş  “И шляхом Истини постав я сам…” (“Haqq yolu mən özüm oldum”) kitabı (Dövlət Tərcümə Mərkəzi) ictimaiyyətə təqdim edilib.

Ukraynanın elm və sənət adamlarının, media və ictimaiyyət nümayəndələrinin qatıldığı toplantıda AESAL-ın ədəbiyyat məsələləri üzrə katibi Dmitri Çistyak, V.Karazin adına Xarkov Milli Radioelektronika Universitetinin beynəlxalq əməkdaşlıq üzrə prorektoru Aleksandr Xijnyak,  tanınmış elm xadimi, professor Lyubov Kalaşnik, tanınmış Ukrayna şairi, Xarkov şəhəri icra başçısının müavini Svetlana Qorbunova-Ruban, Ukraynanın xalq rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının professoru Seyfəddin Qurbanov və digərləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Ukrayna “Dostluq” İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri Murad Ömərov böyük şairin yaradıcılığı barədə fikirlərini bölüşüb, Nəsimi poeziyasının dünya söz xəzinəsinə bəxş etdiyi əsərlərinin əhəmiyyətindən danışıb.

 Tədbirdə Q.Skovoroda adına Xarkov Pedaqoji Universitetinin “Dünya ədəbiyyatı” kafedrasının dosenti Antonina Yakovleva Nəsiminin həyatı və yaradıcılığı haqqında məruzəylə çıxış edib.

Məşhur heykəltəraş Seyfəddin Qurbanov, Nəsiminin Kiyev şəhərində ucaldılan büstünün açılış mərasimindən və Ukraynada “Nəsimi ili”ndə baş tutan digər tədbirlərdən bəhs edib.

Tanınmış artist, Xarkov filarmoniyasının əməkdaşı Roman Bayraqdar tədbirdə aparıcı qismində çıxış edib.

Ukraynanın əməkdar incəsənət xadimi Nina Suprunenko, “Memorial” ictimai təşkilatının fəxri üzvü Viktor Zubov, tanınmış qiraət ustası Lyusina Xvorostun ifasında Nəsiminin ukayna dilində qəzəlləri səsləndirilib.

Tədbirin sonunda “Dostluq” mədəniyyət mərkəzinin yetirmələri Nəsiminin qəzəlləri əsasında hazırlanmış musiqili kompozisiyaları iştirakçılara təqdim ediblər.

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.

  • Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında

    İtaliyanın populyar “Alidicarta.it” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin italyan dilinə tərcümə edilmiş “Sığmazam” qəzəlinin yayınına başlayıb.