Nəsiminin qəzəllər toplusu Jitomirdə və Poltavada təqdim edildi

Nəsiminin qəzəllər toplusu Jitomirdə və Poltavada təqdim edildi

Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin Ukraynada işıq üzü görmüş “І шляхом Істини постав я сам...”  (“Haqq yolu mən özüm oldum...”) şeirlər toplusu (Dövlət Tərcümə Mərkəzi) Jitomir Dövlət Politexnik Universitetində təqdim edilib.

Universitetin müəllim və tələbə heyəti, elm və sənət adamlarının, media və ictimaiyyət nümayəndələrinin qatıldığı toplantıda təhsil ocağının Elmi-pedaqoji iş və gənclər siyasəti üzrə prorektoru Yelena Denisyuk, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Vasili Mamray və digərləri çıxış edərək, 650 illiyi bu il Azərbaycanda və beynəlxalq aləmdə qeyd edilən dahi Nəsiminin yaradıcılığı haqqında fikirlərini bölüşüblər, ukrain dilində Ukraynada ərsəyə gətirilmiş kitabın şairin yaradıcılığı haqqında geniş təsəvvür yaratdığını bildiriblər.

Mərasimdən sonra kitab universitetin kitabxanasına, eləcə də Jitomir Vilayət Ədəbiyyat Muzeyi fonduna hədiyyə edilib. Muzeyin direktoru Vitali Yeremeyevlə görüş zamanı kitabın Ukraynanın digər  şəhər və vilayətlərinə yayılması imkanları müzakirə olunub.

Kitabın həmçinin, Poltava İqtisadiyyat və Ticarət Universitetində də təqdimatı keçirilib.

Universitetin müəllim və tələbə heyətinin, elm və sənət adamlarının qatıldığı toplantıda layihənin məsul katibi Marina Qonçaruk çıxış edərək, 650 illiyi bu il Azərbaycanda və beynəlxalq aləmdə geniş qeyd edilən dahi Nəsiminin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verib.

Tələbələrə “Nəsimi” filmindən kadrlar nümayiş etdirilib, dahi şairin ukrain dilində şeirləri səsləndirilib.

Təqdimatdan sonra kitablar universitetin kitabxanasına hədiyyə edilib.

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.