Fransanın yeni səfiri Tərcümə Mərkəzində

Fransanın yeni səfiri Tərcümə Mərkəzində

Dekabrın 16-da Fransanın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri cənab Zakari Qros ilə Azərbaycanda Fransa İnstitutunun direktoru Moris Rufin Dövlət Tərcümə Mərkəzində olublar. Görüş zamanı Fransa–Azərbaycan ədəbi əlaqələri üzrə görülən işlər, nəzərdə tutulan layihələr ətrafında fikir mübadiləsi aparılıb. Bu il fransız dilinə çevrilərək Strasburqda nəşr edilmiş Azərbaycan ədəbiyyatı antologiyası, kitaba dair şəhərin mərkəzi Kitab Evində keçirilmiş geniş təqdimat mərasimi, həmçinin Jan Anuy, Şarl Bodler, Pol Verlen, Andre Morua, Alber Kamü, Fransua Moriak, Artur Rembo kimi tanınmış Fransa yazıçı və şairlərinin əsərlərinin müxtəlif illərdə Azərbaycan dilində nəşri ilə bağlı məlumat verilib. Daha sonra Azərbaycan ədəbiyyatının Fransada tanıdılması və yayımı, eləcə də Fransa ədəbiyyatı ilə Azərbaycan oxucusunun tanış edilməsi istiqamətində nəzərdə tutulan perspektiv layihələr müzakirə edilib.

Görüşün sonunda səfirə Fransada nəşr olunan “Azərbaycan ədəbiyyatı antologiyası”, Patrik Modianonun “Seçilmiş əsərləri”Mərkəzin son nəşrlərindən olan A.Moruanın “Vəsiyyətnamə” kitabları hədiyyə edilib.

Qalereya

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...