Tanınmış Türkiyə alimi Azərbaycan dili və ədəbiyyatını təbliğ edir

Tanınmış Türkiyə alimi Azərbaycan dili və ədəbiyyatını təbliğ edir

Tanınmış türk dilçi alimi, Türkiyənin Hacettəpə Universitetinin Tətbiqi Lüğətçilik və Araşdırma Mərkəzinin direktoru professor Şükrü Haluk Akalın  Tərcümə Mərkəzində olub. Görüş zamanı Azərbaycan–Türkiyə ədəbi əlaqələri istiqamətində Mərkəzlə əməkdaşlıq əsasında ərsəyə gətirilmiş layihələr – Mərkəzin Ankara nəşrləri ətrafında fikir mübadiləsi aparılıb. “Xəzər” jurnalının Türkiyə nəşri, Mikayıl Müşfiqin türk dilinə çevrilmiş “Eşq şeirləri” kitabının Ankarada nəşri, eləcə də digər əlaqədar məsələlər müzakirə edilib. Professor özünün elmi rəhbərliyi altında Azərbaycan ədəbiyyatı nümunələrinin dil və söz yaradıcılığı mövzusunda iki diplom işinin hazırlandığını, Azərbaycan ədəbiyyatının və dilinin bundan sonra da davamlı şəkildə Hacettəpə Universitetində təhlil və tədris ediləcəyinin planlaşdırıldığını bildirib.

Qalereya

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...