Tərcümə Mərkəzi sertifikatları sahiblərinə təqdim etdi

Tərcümə Mərkəzi sertifikatları sahiblərinə təqdim etdi

Azərbaycan Dövlət Tərcümə Mərkəzi ölkədə dil və tərcümə işinin təkmilləşdiril­məsi, dillər və sahələr üzrə peşəkar mütəxəssislərin müəyyən edilməsi istiqamətində keçirdiyi növbəti Seçim Turlarını başa çatdırıb. Turlardan müvafiq sahələr və dillər üzrə uğurla keçmiş tərcüməçilərə sertifikatlar təqdim olunub.

Sertifikatların təqdimat mərasimində çıxış edən Seçim Turlarının rəhbəri, Mərkəzin İdarə Heyətinin sədr müavini Vilayət Hacıyev ərsəyə gətirilən işin ölkənin dil və tərcümə sahəsinin inkişafına öz töhfəsini verəcəyini, strateji əhəmiyyət daşıyan bu prosesdə qismən də olsa, müəyyən nizam yaradacağını bildirib.

2019-cu ilin IV rübü üzrə Mərkəzin sertifikatına layiq görülmüş tərcüməçilərin siyahısı:

1.     Əli Şükrü – (Azərbaycan-ingilis, fars-Azərbaycan-fars) iqtisadiyyat sahəsi üzrə;

2.     Qumru Eyvazova – (rus-ingilis) ictimai-siyasi sahələr üzrə;

3.     Fikrət Kazımov – (Azərbaycan-rus) ictimai-siyasi sahələr üzrə;

4.     Vəfa Aşırova – (rus-Azərbaycan-rus) tibb sahəsi üzrə;

5.     İmanyar Quliyev – (türk-Azərbaycan) ictimai-siyasi sahələr üzrə;

6.     Qubad Cəbrayılov – (türk-Azərbaycan-türk) hüquq sahəsi üzrə;

7.     Zaur Bəndəliyev – (Azərbaycan-alman-Azərbaycan) ictimai-siyasi sahələr üzrə.

Qalereya

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...