Nəriman Əbdülrəhmanlının hekayəsi İran ədəbiyyat portalında
Təbrizin populyar “Tabrizema” (Bizim Təbriz) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində, tanınmış Azərbaycan yazıçısı Nəriman Əbdülrəhmanlının “Yarımçıq gün” hekayəsinə yer ayırıb. Səhifədə yazıçının yaradıcılığına dair geniş məlumat da yerləşdirilib.
Qeyd edək ki, dünya mədəniyyəti və ədəbiyyatı yeniliklərini mütəmadi olaraq işıqlandıran “Tabrizema” portalı İranla yanaşı, xaricdə yaşayan güney azərbaycanlılar tərəfindən də izlənilir.
Keçid linki: http://tabrizema.ir/nariman-abdorrahmanli/
|
VƏ DİGƏR...
-
Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında
İngiltərənin populyar “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.
-
Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında
İtaliyanın populyar “Alidicarta.it” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin italyan dilinə tərcümə edilmiş “Sığmazam” qəzəlinin yayınına başlayıb.
-
Makvala Qonaşvilinin şeirlər kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi tanınmış gürcü şairi, Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvilinin seçmə poetik nümunələrinin toplandığı “Min ikinci gecə” adlı şeirlər kitabını nəşr edib.