Nadir Şah haqqında kitab nəşr olundu

Nadir Şah haqqında kitab nəşr olundu

“Nadir şahın şəxsi həkiminin məktublarıhakimiyyətinin son dövrünə qətlinin təfərrüatlarına dair qiymətli mənbə kimi” (müəllif – akademik Ramiz Mehdiyev) kitabı nəşr olunub.

Kitab böyük Azərbaycan sərkərdəsi Nadir şah Əfşarın 11 illik hakimiyyəti dövründən, bu illər ərzində baş vermiş tarixi hadisələrdən, qazanılan parlaq hərbi uğurlardan bəhs edir. Nadir şahın şəxsi həkimi, fransızəsilli Lui Bazinin məktubları əsasında qələmə alınmış əsər dövrün hərbi-siyasi mənzərəsini, saraydaxili çəkişmələri, yaxınları və düşmənləri tərəfindən hökmdara qarşı hazırlanan sui-qəsdləri, şah ordusunun uzaq Hindistanı işğal etməsi kimi hadisələri tarixi sənədlər və faktlarla təqdim edir. 

Dövrün mühüm tarixi şəxsiyyətlərinə və hadisələrinə dair şərhlərin müəllifləri – siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov və hüquq üzrə fəlsəfə doktoru Cahangir Hüseynov-Əfşardır.

Lui Bazinin məktublarının, eləcə də digər tarixi sənədlərin fransız və fars dilindən tərcümə müəllifləri – Fuad Həsənov, Əli ŞükrüŞahin Yəhyayevdir.

Kitabın redaktoru Yaşar Əliyevdir.

Geniş oxucu kütləsinin nəzərinə təqdim olunan əsər tarixçilər və mənbəşünaslar, eləcə də Azərbaycanın orta əsrlər tarixi ilə maraqlananlar üçün qiymətli elmi mənbədir.

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.