İlyas Əfəndiyev yaradıcılığı Serbiya ədəbiyyat portalında

İlyas Əfəndiyev yaradıcılığı Serbiya ədəbiyyat portalında

Serbiyanın populyar “İstoçni biser” (“Şərqin incisi”) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin  “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Xalq yazıçısı İlyas Əfəndiyevin serb dilinə tərcümə olunmuş “Yun şal” hekayəsinin yayınına başlayıb.

Məşhur serb yazıçısı və tərcüməçisi Yovan Zmayın kitabının adını daşıyan “İstoçni biser” portalı əsasən Şərq ədəbiyyatından seçmə nümunələrə yer ayırır.  

Yovan Zmay Mirzə Şəfi Vazeh, Hafiz, Ömər Xəyyam kimi dünya ədiblərinin əsərlərini serb dilinə tərcümə edib.

Serbiya oxucuları dünyanın ən məşhur əsərlərinin elektron versiyası ilə bu portalda tanış olurlar.

 

 

 

 

 

Keçid linki:

https://istocnibiser.wixsite.com

 

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.