Sara Nəzirlinin hekayəsi Serbiya mətbuatında
Serbiyanın populyar “Enxeduana” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Sara Nəzirlinin serb dilinə tərcümə olunmuş “Köhnə kişi” əsərinin yayınına başlayıb. Hekayə yazıçı, onun yaradıcılığı haqqında məlumatla təqdim edilir.
Əsəri serb dilinə tanınmış Serbiya tərcüməçisi Aleksandr Yovanoviç çevirib.
Qeyd edək ki, “Enxeduana” jurnalı mütəmadi olaraq öz səhifələrində Xorxe Luis Borxes, İvo Andriç, Haruki Murakami, Yelena Dimitriyeviç, Milorad Paviç, Riçard Berenqarten kimi dünya şöhrətli yazarların əsərlərinə yer ayırır.
Keçid linki: |
VƏ DİGƏR...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...
-
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Nəsimi adına Dilçilik İnstitutu; 2013-cü və 2021-ci il nəşrləri) kitabından çıxarılan orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz...