“Rus generalları ermənilər haqqında” videoçarxı beynəlxalq virtual məkanda

“Rus generalları ermənilər haqqında” videoçarxı beynəlxalq virtual məkanda

Dövlət Tərcümə Mərkəzi “Azərbaycan həqiqətləri” layihəsi çərçivəsində 1895–1913-cü illərdə Rusiyanın Türkiyədə konsulu olmuş Vladimir Mayevskinin, 1915-ci ildə Türkiyənin Ərzincan bölgəsinə göndərilmiş general-leytenat Qryaznovun, I Dünya müharibəsinin ilk günlərində Osmanlı torpaqlarına hücum edən rus ordusunun komandanı, gürcü əsilli general İlya Odişelidzenin riyakar erməni siyasəti və faşizminin iç üzünü açan hesabat xarakterli məktubları əsasında o dövrlərin həqiqi mənzərəsini əks etdirən “Rus generalları ermənilər haqqında” adlı videoçarx hazırlayıb. İngilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrain, ispan və alman dillərində beynəlxalq internet məkanında yayınlanacağı nəzərdə tutulan videoçarx ermənilər tərəfindən “erməni soyqırımı” adı altında Azərbaycan və Türkiyədə törədilmiş qanlı soyqırımlardan bəhs edir.

VƏ DİGƏR...