İngilis generalları erməni faşizmi haqqında

İngilis generalları erməni faşizmi haqqında

Ötən əsrin əvvəllərində Osmanlıda yaşamış ermənilərin, onlara qarşı törədilən soyqırımına dair saxta iddialarını o dövrlər hadisələrin şahidi olmuş ingilis generallarının rəsmi məlumatları, məktub və qeydləri puça çıxarır.

Osmanlı dövlətinin guya ermənilərə qarşı soyqırımı törətdiyini müəyyənləşdirmək məqsədilə 1919-cu ilin 25 sentyabrında Amerikadan Ərzuruma ezam olunan xüsusi nümayəndə heyətinin rəhbəri general Ceyms Harbord Türkiyənin Yanıkdərə, Karskapısı, Ezirmikli Osman Ağa və Mürsəl Paşa ərazilərində əks-mənzərənin – ermənilərin türklərə qarşı törətdikləri qətliamın şahidi olur: “Həzrəti İsaya tapınanlar belə bir qətliamı necə törədə bildilər?..”

General Ərzurumda şahidi olduğu dəhşətlərdən o qədər sarsılır ki, İrəvanda onu qarşılayan daşnak qatillərinə nifrətlə baxaraq uzatdıqları əllərini havada qoyur. Generalın Ərzurumda baş tutan məşhur dialoqu isə o dövrün qəzet və kitab səhifələrinə düşür. Ərzurum Bələdiyyə başqanı Zakir Gürbüz Harbordun “Ərzurumda çoxmu erməni vardı” – sualına cavab olaraq generalı pəncərə qarşısına dəvət edir, oradan görünən Gez və Kavak məzarlıqlarını göstərərək: “Baxın bunlar, gördüyünüz kimi, müsəlman türklərin məzarlarıdır. Şəhərin o biri yerlərində bundan on qat böyük türk məzarlıqları var. İndi isə bu tərəfə baxın. Ətrafı divarlarla hörülmüş o kiçik məzarlığı görürsüzmü? Bu, erməni məzarlığıdır. Özünüz deyin, erməni qəbirləri çoxdur, ya türk qəbirləri? Ermənilər ölülərini yemədilər ki! Əzurumun ölüsü də türkdür, dirisi də!”

https://www.hurriyet.com.tr/gundem/yalan-panayirindaki-tezg-h-38708573, 18.03.2005

İngilis Hərbi Kəşfiyyatının direktoru general Edvard Lindleyin Böyük Britaniya Xarici İşlər Nazirliyinə göndərdiyi 09.07.1919-cu il tarixli məlumatından: “...Ermənilər bolşeviklərlə birləşib Bakıda 8000, Yelizavetpol quberniyasında 18 000 azərbaycanlını qətlə yetirdilər”.

 http://anl.az/down/meqale/xalqqazeti/2010/mart/112071.htm.

 Bakıda müsəlmanların kütləvi qətlləri ilə bağlı məşhur ingilis diplomatı Uordropun 1918-ci il 29 IV tarixli 452 №-li, general Marlinqsin 30 IV tarixli 76 №-li məlumatından: “...Ermənilərin yaxşı silahlanmış dəstələri azərbaycanlıların dörddəbir hissəsini qətlə yetirdilər. Bolşeviklər ermənilərlə birgə müsəlmanlara qalib gəldilər... 1918-ci ilin martında Bakıda 12.000 azərbaycanlı qətlə yetirildi”.

https://genocide.preslib.az/az_a1-1.html

Böyük Britaniyanın briqada generalı Vilyam Artur Qortonun ermənilərin Qarabağda törətdiyi soyqırımı ilə bağlı Londona göndərdiyi 1918-ci il 8 XII tarixli məruzəsindən: “...Ermənilər tərəfindən 180 kənd dağıdılmış, çoxlu sayda azərbaycanlı qətlə yetirilmişdir. Türklərdən müdafiə olunmaq üçün Mayor Hibbondan alınan bütün silah və artilleriya qurğuları Andranikin erməni silahlı birləşmələrinə təhvil verilmişdir”.

http://www.mdi.gov.az/az/xeberler-30/31-mart-tarixi-yaddasimizdan-silinmeyen-soyqirimi-887

1919-cu ilin əvvəlində ABŞ-ın İstanbuldakı səfiri Henri Morgentaunun general Harborda yazdığı məktubdan: “Osmanlıdan köçürülən 750 000 erməninin hamısı Zaqafqaziyada yerləşdirilib”.

https://zengezur.com/index.php/9-xbrlr/147-ermni-soyqrm-iddias-v-gerck-tarix

 


1918-ci ildə Bakıda yerləşdirilmiş ingilis qoşunlarının komandanı, Qafqaz İslam Ordusuna qarşı müqavimət əməliyyatının rəhbəri general Lionel Denstervillin gündəliyindən: “Hər iki cinahın ön xəttində dayanan ermənilərin nəzarət etdiyi mövqelər mənim Şimali Stafforddan olan əsgərlərim hesabına qüvvətləndirilsə də, bu ermənilər son dərəcə boş, fərsiz adamlardır. Aralarında heç bir nizam-intizam və mütəşəkkillik yoxdur. Bakı, heç nəyə baxmadan hələ də müdafiə olunur. Bu, uzun sürən möcüzədən savayı, ayrı bir şey deyil. Ermənilər düşmənin hücum etdiyi bütün mövqelərdən qaçırlar. Nəticədə mənim yardımdan məhrum olan əsgərlərim asan ova çevrilirlər. Mən ermənilərə az öncə möhkəmləndirilən mövqelərdə yerləşməyi əmr etmişdim. Çünki zərbəni məhz həmin istiqamətdən gözləyirdik. Amma onlar düşmən hücumunu əsas gətirib əmrin icrasından boyun qaçırdılar. Dünən erməni hərbi hissələrinə cəbhə xəttinə yollanmaq əmr olunub. Lakin yığışıb məsələ ilə bağlı iclas keçiriblər. Onlardan 30 faizi cəbhə xəttinə yollanmağın lehinə, 70 faizi əleyhinə olub! Baş komandan general Vasili Dokuçayevin qərargah rəisi polkovnik Zirayp Avetisov aciz, xəstə, tamamən heç bir işə yaramayan adamdır. Generala dedim ki, ona bir təpik vurub qovsun, yerinə də Stouku təyin etsin. 5 sentyabr 1918-ci il”.

 (https://www.facebook.com/vilayat.guliyev/posts/10223004150148179)

VƏ DİGƏR...

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.

  • Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında

    İtaliyanın populyar “Alidicarta.it” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin italyan dilinə tərcümə edilmiş “Sığmazam” qəzəlinin yayınına başlayıb.

     

  • Makvala Qonaşvilinin şeirlər kitabı nəşr olundu Makvala Qonaşvilinin şeirlər kitabı nəşr olundu

    Dövlət Tərcümə Mərkəzi tanınmış gürcü şairi,  Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvilinin seçmə poetik nümunələrinin toplandığı “Min ikinci gecə” adlı şeirlər kitabını nəşr edib.