“Rus generalları ermənilər haqqında” Ukrayna portallarında
Ukraynanın populyar “kievinform.com” və “everyday.in.ua” portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan həqiqətləri beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrain, ispan və alman dillərində hazırladığı “Rus generalları ermənilər haqqında” materialların yayınına başlayıb.
Videoçarx “erməni soyqırımı” adı altında ermənilər tərəfindən azərbaycanlılara və türklərə qarşı törədilmiş qanlı soyqırımın sənədli arxiv materiallarını əks etdirir.
Keçid linki: https://kievinform.com/archives/11154 https://everyday.in.ua/?p=18783 |
VƏ DİGƏR...
-
Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında
İngiltərənin populyar “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.
-
Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında
İtaliyanın populyar “Alidicarta.it” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin italyan dilinə tərcümə edilmiş “Sığmazam” qəzəlinin yayınına başlayıb.
-
Makvala Qonaşvilinin şeirlər kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi tanınmış gürcü şairi, Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvilinin seçmə poetik nümunələrinin toplandığı “Min ikinci gecə” adlı şeirlər kitabını nəşr edib.