“Leyli və Məcnun” operası xarici KİV-də

El Salvador Respublikasının məşhur “Literatura y poesía” (“Ədəbiyyat və poeziya”) facebook səhifəsi və Türkiyənin "murekephaber" mədəniyyət və incəsənət portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan həqiqətləri beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində müxtəlif dillərdə hazırlanmış “Müsəlman Şərqinin ilk operası – Leyli və Məcnun” tanıtım videoçarxının ispan dilində yayınına başlayıb.

Videoçarxda dünya musiqisi tarixinə müsəlman Şərqinin ilk operası kimi daxil olmuş əsərin müəllifləri – böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli və dahi Azərbaycan şairi Məhəmməd Füzuli ilə bağlı məlumatlarla yanaşı, bu sənət şedevrinin yaranma tarixçəsindən də bəhs edilir.


Keçid linki:

https://www.facebook.com/

https://www.murekkephaber.com/

 

 

VƏ DİGƏR...