Musa Yaqub yaradıcılığı Türkiyə ədəbiyyat portalında

Musa Yaqub yaradıcılığı Türkiyə ədəbiyyat portalında

Türkiyənin populyar Erikagacioyku.com (“Alça ağacı”) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Musa Yaqubun türk dilinə tərcümə edilmiş “Günəbaxan tarlasının son nəğməsi”, “Nə olacaq, olacaq”, “Ümidin sarı qanadı” kimi şeirlərinin yayınına başlayıb.2015-ci ildən fəaliyyət göstərən portal bu ilin iyun ayından başlayaraq Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan ədəbiyyatının aparıcı nümunələrini işıqlandıran “Azərbaycan ədəbiyyatı” bölməsini açıb. Bölməyə yerləşdirilmiş şeirlər Musa Yaqubun yaradıcılığı haqqında məlumatla təqdim edilir.

Bölmənin klassik Azərbaycan ədəbiyyatı ilə yanaşı müasir Azərbaycan ədəbiyyatı nümunələrini də mütəmadi olaraq işıqlandıracağı nəzərdə tutulur. 

 

 

 

 

 

Keçid linki:

https://erikagacioyku.com/2020/10/31/musa-yakup-1937/

 

VƏ DİGƏR...

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.

  • Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında

    İtaliyanın populyar “Alidicarta.it” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin italyan dilinə tərcümə edilmiş “Sığmazam” qəzəlinin yayınına başlayıb.

     

  • Makvala Qonaşvilinin şeirlər kitabı nəşr olundu Makvala Qonaşvilinin şeirlər kitabı nəşr olundu

    Dövlət Tərcümə Mərkəzi tanınmış gürcü şairi,  Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvilinin seçmə poetik nümunələrinin toplandığı “Min ikinci gecə” adlı şeirlər kitabını nəşr edib.