İsa Hüseynov yaradıcılığı “Dünya novellası antologiyası”nda

İsa Hüseynov yaradıcılığı “Dünya novellası antologiyası”nda

  Gürcüstanın “Literary Translators Association of Georgia” (Gürcüstan Ədəbi Tərcümə Assosiasiyası) Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Xalq yazıçısı İsa Hüseynovun gürcü dilinə tərcümə edilmiş “Bir az romantika” hekayəsini elektron kitabxanasına yerləşdirib. Hekayə eyni zamanda təşkilatın nəşrə hazırlanan “Dünya novellası antologiyası”na daxil edilib.

  Əsəri gürcü dilinə tanınmış Azərbaycan yazıçısı, gürcü dili üzrə tərcüməçi İmir Məmmədli çevirib.


  Keçid linki:
  https://www.facebook.com/groups/677608289307563

  Kitabxanaya daxil olmaq üçün qeydiyyatdan keçmək lazımdır.

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.