31 Mart soyqırımı tarixi mənbələrdə

31 Mart soyqırımı tarixi mənbələrdə

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında bolşevik Stepan Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin və “Daşnaksütyun” partiyasının tabeliyində olan erməni silahlı dəstələrinin Bakıda törətdikləri qırğınlarda 15 mindən çox azərbaycanlı qətlə yetirilib.

“New Republics in the Caucasus”, The New York Times Current History, v. 11 no. 2 (March 1920), p. 492

Michael Smith. “Anatomy of Rumor: Murder Scandal, the Musavat Party and Narrative of the Russian Revolution in Baku, 1917-1920”, Journal of Contemporary History, Vol 36, No. 2, (Apr. 2001), p. 228

 

Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti dövründə 1919-cu və 1920-ci illərdə 31 Mart Ümummilli Matəm Günü kimi qeyd edilib. 

https://mod.gov.az/az/31-mart-azerbaycanlilarin-soyqirimi-gunu-413/

 

1917-ci il Oktyabr inqilabından dərhal sonra Rusiya bolşeviklərinin rəhbəri Vladimir İliç Leninin təlimatı üzrə neftlə zəngin Bakı quberniyasında Stepan Şaumyanın sədrliyi ilə Bakı Soveti yaradılır. Rus bolşevikləri və erməni daşnakları Bakıda hakimiyyəti ələ keçirərək az sayda müsəlman silahlı dəstələrini tərk-silah edib şəhərdə dinc əhaliyə qarşı qətllər, qarətlər, talanlar törətməyə başlayırlar.

Ermənilərin dinc müsəlmanlara qarşı qətliamı, 36-cı Türküstan alayının, “Ərdəhan” və “Krasnovodsk” hərbi gəmilərinin şəhərin şərq hissəsində yerləşən limana yaхınlaşmasından sonra qismən səngiyir. S.Şaumyan 1918-ci il aprelin 13-də RSFSR Хalq Komissarları Sovetinə göndərdiyi məktubda yazırdı: “Martın 30-31-də və aprelin 1-də Bakı şəhərində baş vermiş döyüşlərdə bizim tərəfimizdən Sovet Qırmızı Ordusu, təşkil etdiyimiz beynəlmiləl tərkibli ordu, qırmızı donanma və erməni milli hərbi hissələri vuruşurdular. “Daşnaksütyun”un  3-4 minlik döyüşçüləri də bizim iхtiyarımızda idi”.

Articles and speeches of the Bolshevik Extraordinary Commissar for the Caucasus, 1924, p. 224

 

Həmin günlərdə Bakıda olmuş Cənubi Azərbaycan Milli Hərəkatının gələcək lideri Seyid Cəfər Pişəvəri “Bakıdakı ilk Sovet hökumətinin müqəddəratı” adlı məqaləsində yazırdı: “Mən daşnakların vəhşiliklərini, saysız-hesabsız günahsız adamların, хüsusilə bitərəf iranlıların öldürülüb karvansaralarda meyitlərinin yandırılmasını öz gözümlə gördüm. Bu çoх faciəli və nifrətləndirici bir hərəkət olmuşdu. Heç bir əsas olmadan, yalnız kin və ədavət üzündən daşnakların törətdikləri cinayət hər bir insanın ruhunu sıхıb kədərləndirirdi”.

http://tarixinstitutu.az/personalities/view/109

 

Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində toplanmış yüzədək şahid ifadəsində göstərilir ki, yaхşı silahlanmış, təlim keçmiş, çoхlu sayda pulemyotları olan erməni silahlı dəstələri qoca, uşaq, qadın demədən dinc əhalini qırmış, müsəlmanların evlərinə soхularaq onları sorğu-sualsız qılınc, süngülərlə doğram-doğram, deşik-deşik etmiş, uşaqları yanan evin alovları içərisinə atmış, üç-dörd günlük çağaları süngüyə keçirmişlər. Müsəlmanları qırmaqla bərabər, ermənilər onların əmlaklarını da məhv etmiş, qiymətli əşyaları isə götürmüşlər. Təkcə bir quyudan 57 müsəlman qadın və qızın meyiti tapılmışdı. Onların qulaqlarını, burunlarını kəsmiş, qarınlarını yarmışdılar.  

http://www.milliarxiv.gov.az/en/fovqelade-tehqiqat-komissiyasi

 

Bakı Sovetinin erməni – daşnak və rus – bolşevik hərbi qüvvələri həmin günlərdə şəhərin qədim tarixi binalarını, memarlıq abidələrini də dağıtmış, ictimai və fərdi binalara böyük ziyan vurmuşdular. Ən əvvəl “Açıq söz” və “Kaspi” qəzetlərinin redaksiyaları yandırılmış, Təzəpir və Şah məscidləri, “İsmailliyyə” binası, Şirvanşahlar Sarayına bitişik ХIV əsrə aid Keyqubad məscidi, “İsgəndəriyyə”, “Dağıstan”, “İslamiyyə” mehmanхanaları və bu kimi yüzlərlə binaya od vurulmuşdu.

http://soyqirim.az/link/2812

  

Soyqırımı Azərbaycanın digər bölgələrini də əhatə etmişdi. Martın 18-də Bakıdan top və pulemyotlarla  silahlanmış 2 min daşnak Şamaхıya çatanadək yol boyu 15  müsəlman kəndini tamamilə məhv etmiş, ardınca şəhəri mühasirəyə alıb dağıtmış, minlərlə müsəlmanı amansızlıqla qətlə yetirmişdilər. Fövqəladə Təhqiqat Komissiyasının üzvü, hüquqşünas A.F.Novatski 1918-ci ilin yayında şahid ifadələri almaq üçün tamamilə dağıdılmış Şamaxıda çox çətinliklə bir neçə sağ adam tapa bilmişdi.

http://elibrary.bsu.az/yenii/ebookspdf/Qm3tZMW0.pdf

“Azərbaycan” qəzeti (rus dilində), “Şamaхının son günləri”, 30 mart 1919-cu il

 

Şamaхı qırğınlarına rəhbərlik edənlərin hamısı erməni idi – Stepan Lalayev (Lalayan), Qavril  Karaoğlanyan, Gülbandyan, Miхail Arzumanov, Karapet Karamanov, Şuşintsa Ağamalova, Samuel Daliyev, Petrosyants və Şamaхının yerli erməni silahlı dəstələri.

Məhərrəm Zülfüqarlı: Şamaxı soyqırımı, 1918, Shamakhı genocıde

 

Hesablamalara görə soyqırımı zamanı Bakıda 15–20, Şamaxıda 7, Qubada isə 6 min azərbaycanlı öldürülmüşdü. Salyan, Nəvahi, Lənkəran, Kürdəmirdə öldürülən insanların sayını müəyyən etmək mümkün olmamışdı. Buna səbəb həm də milli hökumətin devrilməsi ilə hakimiyyətə yiyələnən bolşeviklərin istintaqı dayandırması idi.

https://az.wikipedia.org/wiki/Mart_soyqırımı

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

http://www.e-qanun.az/framework/4684

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.