“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı nəşr olundu
“Xəzər”in oxucuları jurnalın bu sayında:
“NOBEL KÜRSÜSÜ” – rubrikasında Luiza Qlyukun şeirləri;
“AZƏRBAYCAN ƏDƏBİYYATI” – rubrikasında Akif Səmədin şeirləri;
“SKANDİNAVİYA NƏSRİ” – rubrikasında Hans Kristian Branner, Kjell Askildsen və Melker İnqe Qarayın hekayələri;
“İLAHİ KEÇİD” rubrikasında – Tövratın tərcüməsi;
“KORİFEYLƏR” rubrikasında – Migel Asturiasın “Senyor Prezident” romanı;
“ÇAĞDAŞ SLOVENİYA POEZİYASI” rubrikasında – Andrey Xoçevar, Veronika Dintinyana və Katarina Qombotsun şeirləri;
“HEKAYƏ” rubrikasında – Mirça Eliadenin hekayələri;
“YADDAŞ” rubrikasında – Andre Klotun “Fateh Sultan Mehmed” əsəri
“ROMAN” rubrikasında – Mixael Kumpfmüllerin “Həyatın möhtəşəmliyi” romanı;
“TEATR” rubrikasında – Lola Koenin “Strasberq metodu” və digər əsərlər ilə tanış ola biləcəklər.
“Xəzər”in oxucuları jurnalı Bakının aşağıdakı köşklərindən əldə edə bilərlər:
Kiosk Press – “Elmlər Akademiyası” metrosu, Hüseyn Cavid Prospekti, 19;
Kiosk Press – “Nərimanov” metrosu, Ağa Nemətulla, 122;
Kiosk Press – “İçəri şəhər” metrosu, İstiqlaliyyət küçəsi;
Kiosk Press – “Koroğlu” metrosu;
Kiosk Press – “Nizami” metrosu, Əlibəy Hüseynzadə küçəsi;
Kiosk Press – “Həzi Aslanov” metrosu, Xudu Məmmədov, 41;
eləcə də digər metro stansiyalarının yaxınlığındakı qəzet köşklərindən.
VƏ DİGƏR...
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...
-
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Nəsimi adına Dilçilik İnstitutu; 2013-cü və 2021-ci il nəşrləri) kitabından çıxarılan orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz...
-
Səfir Karlos Enrike Valdes de la Konsepsyon: “Azərbaycan–Kuba ədəbi əlaqələrində yeni mərhələ başlayır”
Kuba Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Karlos Enrike Valdes de la Konsepsyon aprelin 3-də Dövlət Tərcümə Mərkəzinə təşrif buyurub.