Bəxtiyar Vahabzadə yaradıcılığı Qazaxıstan ədəbiyyat portalında

Bəxtiyar Vahabzadə yaradıcılığı Qazaxıstan ədəbiyyat portalında

 Qazaxıstanın populyar “Adebiportal.kz” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində (ADTM) Xalq şairi Bəxtiyar Vahabzadənin rus dilinə tərcümə edilmiş “Ayrılıqda”, “Ürək”, “Dəyişilmə” şeirlərinə və şairin yaradıcılığı haqqında məlumata səhifə  ayırıb.

    Şeirlərin rus dilinə tərcümə müəllifləri – V.Luqova, A.KronqauzV.Zayçevdir.

  Qeyd edək ki, geniş oxucu kütləsi olan “Adebiportal.kz” öz səhifələrində müntəzəm olaraq Aleksandr Blok, Akutaqava Rünoske, Con Apdayk, Lilian Voyniç, Virciniya Vulf, Herman Hesse, Knut Hamsun kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

 

https://adebiportal.kz/ru//blogs/view/5190 

 

 

 

 

VƏ DİGƏR...