Afaq Məsud: “Bu gün Şimali Kipr ədəbiyyatı və mədəniyyətinin Azərbaycanda təbliğinə böyük ehtiyac var”

Afaq Məsud: “Bu gün Şimali Kipr ədəbiyyatı və mədəniyyətinin Azərbaycanda təbliğinə böyük ehtiyac var”

   İyunun 8-də Şimali Kipr Türk Respublikası Bakı nümayəndəliyinin rəhbəri xanım Növber Ferit Veçhi, Şimali Kipr Təhsil və Mədəniyyət attaşesi cənab Teyfik Ulual Dövlət Tərcümə Mərkəzində olublar.

   Görüş zamanı Mərkəz tərəfindən müxtəlif illərdə Azərbaycan dilində ərsəyə gətirilmiş Türkiyə ədəbiyyatı nümunələri – 2017 və 2018-ci illərdə Azərbaycanda nəşr olunmuş “Türkiyə ədəbiyyatı antologiyası” (poeziya və nəsr) kitabları ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan–Şimali Kipr ədəbiyyatlararası əlaqələrin genişlən­dirilməsi istiqamətində atılacaq növbəti addımlar müzakirə edilib.

   Afaq Məsud: “Bu gün Şimali Kipr ədəbiyyatı və mədəniyyətinin Azərbaycanda təbliğinə böyük ehtiyac var. Kipr yazıçı və şairləri, rəssam və bəstəkarlarının əsərləri bu gün dünyanın aparıcı kitabxanalarında, sərgilərində yer almaqdadır. Bu sənət incilərinin Azərbaycanda da tanıdılması qarşımızda duran əsas vəzifələrdən biridir”.

   Görüşün sonunda nümayəndəliyin adından Teyfik Ulualın müəllifi olduğu Səlimiyyə məscidinin fotosu Mərkəzə hədiyyə edilib.

 

Qalereya

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...