Dövlət Tərcümə Mərkəzi ilə Çilinin “RIL editores” Nəşriyyat Evi arasında Memorandum imzalandı

Dövlət Tərcümə Mərkəzi ilə Çilinin “RIL editores” Nəşriyyat Evi arasında Memorandum imzalandı

   Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə Çili Respublikasının “RIL editores” Nəşriyyat Evi arasında ölkələrarası ədəbi-mədəni əlaqələrin genişləndirilməsi istiqamətində davamlı və konstruktiv əməkdaşlığa dair Memorandum imzalanıb.

   Memorandumda Azərbaycan və ispandilli ədəbiyyatların qarşılıqlı mübadilələr çərçivəsində tərcüməsi və nəşri, kitablara dair təqdimatların, dəyirmi masa və onlayn-konfransların təşkili, nəşrlərin geniş oxucu auditoriyasına çatdırılması, ölkələrin mərkəzi kitabxanalarına və universitetlərinə yerləşdirilməsi kimi məsələlər nəzərdə tutulur.

     Sənəd Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud və “RIL editores” Nəşriyyat Evinin direktoru, tanınmış şair Daniel Ernesto Kalabrese tərəfindən imzalanıb.

 

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...