Tanınmış Azərbaycan yazıçısı Etimad Başkeçid mükafata layiq görüldü
Bədii tərcümə sənətinin dəyərləndirilməsi və stimullaşdırılması məqsədilə təsis edilmiş Dövlət Tərcümə (Mərkəzi) Mükafatı-na bu il – dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə töhfə olaraq, ədibin “Xosrov və Şirin” poemasının təkmil və müfəssəl filoloji tərcüməsinə görə tanınmış Azərbaycan yazıçısı və tərcüməçisi Etimad Başkeçid layiq görülüb.
Etimad Başkeçid |
– Yazıçı, tərcüməçi; – “Min yol mənə söylər…” romanının, “Dövri-aləm və bir gün”, “Veyil dərəsi”, “Velosiped”, “Tüklücə”, “Günəş topla mənim üçün” hekayələrinin müəllifi; – Nikolay Qoqol, Fyodor Dostoyevski, Stiven Kinq, Alberto Moravia, Anton Çexov kimi dünya ədəbiyyatı korifeylərinin, Viktor Jirmunskinin “Xalq qəhrəmanlıq eposu” əsərinin tərcümə müəllifi; – qədim yəhudi dini abidəsi “Tövrat”ın, Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının ilk mükəmməl tərcümə müəllifi; – “Panoptikum” və “Min yol mənə söylər…” kitabları 2006-2012-ci illərdə nəşr olunub. |
Dövlət Tərcümə (Mərkəzi) Mükafatı-na 2020-2021-ci illərdə layiq görülənlər
![]() |
* Rusiya ədəbiyyatı klassiki Sergey Yeseninin “Qara adam” poemasının orijinaldan tərcüməsinə görə – Xalq şairi Ramiz Rövşən |
![]() |
* Dünya şöhrətli ingilis yazıçısı Corc Oruellin “1984” və “Heyvanıstan” romanlarının orijinaldan tərcüməsinə görə – dilçi-alim, filologiya elmləri doktoru, professor Vilayət Quliyev. |
![]() |
* Dünya şöhrətli Avstriya yazıçısı Frans Kafkanın “Məhkəmə” romanının orijinaldan tərcüməsinə görə – filologiya elmləri namizədi Vilayət Hacıyev
|
![]() |
* Məşhur fransız səyyahı Jan Batist Şardənin “Səyahətnamə” əsərinin orijinaldan tərcüməsinə görə – tanınmış şair-publisist Vaqif Aslan |
VƏ DİGƏR...
-
Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında
Dövlət Tərcümə Mərkəzinin İspaniyada ərsəyə gətirdiyi “Vida de personas notables – Heydar Aliyev” (“Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev”) kitabı Madridin aşağıdakı mərkəzi kitabxana və universitetlərinə yerləşdirilib.
-
Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında
İspaniyanın populyar “Trabalibros” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair Rəbiqə Nazimqızının ispan dilinə tərcümə edilmiş “Narahat şeir”, “Mənə bir şəkil göndər” şeirlərinin yayınına başlayıb.
-
ADTM Tərcümə Agentliyinin saytı fəaliyyətə başladı
Ölkə üzrə tərcümə işinin düzgün təşkili, tərcümə xidməti keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin nəzdində təsis edilmiş ADTM Tərcümə Agentliyinin adtm.az. saytı fəaliyyətə başladı.