Nobelçi Patrik Modianonun kitabı Azərbaycan dilində

Nobelçi Patrik Modianonun kitabı Azərbaycan dilində

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri - görkəmli fransız yazıçısı, 2014-cü ilin ədəbiyyat üzrə Nobel mükafatçısı Partik Modianonun "Seçilmiş əsərləri" işıq üzü görüb.

P. Modiano Fransa ədəbiyyatının Nobel mükafatına layiq görülmüş on beşinci yazıçısıdır. Fransız ədəbiyyatında retro stilin populyarlaşması məhz Patrik Modianonun adıyla bağlanılır. Modiano yaradıcılığının mövzusunu yaddaş və yaddaşsızlıq, şəxsiyyət və günah hissi, özünə yer tapa bilməyən, qərarsız insanların özünüdərk prosesi təşkil edir. İsveç Kral Akademiyasının rəsmi açıqlamasında mükafatın yazıçıya, əsərlərində II Dünya müharibəsi və Fransanın alman faşistləri tərəfindən istilası dövründə qeyri-adi insan talelərinin bənzərsiz dərinliklərinə vardığına, insanın iç dünyasının incəliklərini açdığına görə verildiyi bildirilir.

Oxuculara təqdim olunan bu kitab nasirin ölkəmizdə nəşr olunan ilk irihəcmli əsərlər toplusudur.

Əsərləri dilimizə İ. Əlfi, M. Qarayev, E. Başkeçid tərcümə edib. 

 

 

VƏ DİGƏR...