"Xəzər" dünya ədəbiyyatı jurnalının növbəti sayı çapdan çıxdı

"Xəzər" dünya ədəbiyyatı jurnalının növbəti sayı çapdan çıxdı

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı olan "Xəzər" dünya ədəbiyyatı jurnalının növbəti (3/2015) sayı nəşr olundu.

Jurnalın bu sayında:

* Nobel mükafatı laureatı Xuan Ramon Ximenesin şeirləri;

* Nobel mükafatı laureatı Kamilo Xose Selanın "Paskual Duartenin ailəsi" romanı;  

* Azərbaycan Ədəbiyyatından Vaqif Bayatlı Odərin şeirləri və Saday Budaqlının "Yaxşı oğlan" hekayəti;

* Serb yazıçısı Milorad Paviçin "Küləyin astar üzü" romanı;

* Yekaterina Vitisin oğlu Vasili Qrossmana  "Cəhənnəmdən  məktub"u;

* Rus poeziyasından seçmələr: Fyodor Tütçev, Maksimilian Voloşin, Semyon Nadson və  Andrey Voznesenskinin şeirləri:

* İran yazıçısı Sadiq Hidayətin "Kor bayquş" romanı;

* Şervud Andersonun məktubları;

* Türk dünyasından seçmələrdə altay mif və əfsanələri;

* Paraqvay yazıçısı Auqusto Roa Bastosun "Kurupi"  hekayəsi;

* Herman Hessenin "Xoşbəxtlik haqqında" essesi;

* Görkəmli  rus yazıçısı Vladimir Nabokovun "Yaxşı oxucu və yaxşı yazıçı" essesi və digər maraqlı yazılar təqdim olunur. 

 

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...