Yazıçı Afaq Məsud daha bir nüfuzlu mükafata layiq görülüb

Yazıçı Afaq Məsud daha bir nüfuzlu mükafata layiq görülüb

Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsudun "Mənsur Həllac" əsəri görkəmli türk dramaturqu Haldun Tanərin anadan olmasının 100 illiyi münasibəti ilə keçirilən "Beynəlxalq Səhnə Əsərləri müsabiqəsi"nin üç qalib əsəri sırasındadır.

Bu barədə Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlunun yazıçıya ünvanladığı təbrik məktubunda bildirilir. ""Mənsur Həllac" əsəri müsabiqəyə 18 ölkədən daxil olmuş 109 əsər arasından qalib seçilib. Qaliblərin mükafatlandırma mərasimi 8 dekabr 2015-ci il tarixdə Türkiyə Mədəniyyət Nazirliyinin "Kiçik teatr" binasında keçiriləcək". 

Qeyd edək ki, Türk dünyasının ilk pyes müsabiqəsi olan "Beynəlxalq Səhnə Əsərləri müsabiqəsi" Avrasiya Yazarlar Birliyi, TÜRKSOY və Türkiyə Dövlət Teatrları Müdirliyi tərəfindən, Türkiyə Nazirlər Kabinetinin Təbliğat Fondunun dəstəyi ilə keçirilib. Müsabiqəyə İran, İraq, Türkmənistan, Dağıstan və digər ölkələrlə yanaşı, Qazaxıstandan 16, Qırğızıstandan 11, Azərbaycandan 16, Türkiyədən isə 23 əsər təqdim edilib. 

 

 

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.