Ankarada I "Beynəlxalq Səhnə Əsərləri Müsabiqəsi" qaliblərinin təqdimat mərasimi keçirildi
Dekabın 8-də TÜRKSOY Uluslararası Türk Mədəniyyəti Təşkilatının baş qərargahında Avrasiya Yazarlar Birliyi, TÜRKSOY Uluslararası Türk Mədəniyyəti Təşkilatının və Türkiyə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən, görkəmli türk dramaturqu Haldun Tanerin 100 illiyinə həsr olunmuş I "Beynəlxalq Səhnə Əsərləri Müsabiqəsi" qaliblərinin təqdimat mərasimi olub. Mərasim Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlunun çıxışı və Haldun Tanerin yaradıcılığına həsr olunmuş sənədli filmin nümayişi ilə başlayıb, sonra mükafatlandırma mərasimi keçirilib. Mərasimdən sonra qonaqlara ziyafət verilib, daha sonra Ankaranın "Küçük Tiyatro"sunda Haldun Tanerin "Gözlərimi kaparım, vazifemi yaparım" tamaşası göstərilib.
Bildirildiyi kimi müsabiqənin qalibi elan olunmuş üç əsər sırasında Azərbaycan yazıçısı Afaq Məsudun "Mənsur Həllac" əsəri də yer alıb. İlk dəfə düzənlənən bu beynəlxalq yarışmaya Türkiyə, İran, İraq, Liviya, Qazaxıstan, Qırğızıstan və digər 18 ölkədən qatılan əsərlərdən müsabiqəyə təqdimat şərtlərinə əməl olunmuş 109-u buraxılmış, 3 əsər qalib elan olunmuşdur.
Qalib əsərlər, eyni zamanda türkdilli ölkələrin teatrlarında səhnəyə qoyulmaq hüququ qazanmışdır.
Qalereya
VƏ DİGƏR...
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...
-
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Nəsimi adına Dilçilik İnstitutu; 2013-cü və 2021-ci il nəşrləri) kitabından çıxarılan orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz...
-
Səfir Karlos Enrike Valdes de la Konsepsyon: “Azərbaycan–Kuba ədəbi əlaqələrində yeni mərhələ başlayır”
Kuba Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Karlos Enrike Valdes de la Konsepsyon aprelin 3-də Dövlət Tərcümə Mərkəzinə təşrif buyurub.