Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi 9-14 fevral tarixində Minskdə keçirilən ənənəvi Beynəlxalq Kitab Sərgisində iştirak edir

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi 9-14 fevral tarixində Minskdə keçirilən ənənəvi Beynəlxalq Kitab Sərgisində iştirak edir

Fevralın 12-də sərgidə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təqdimatı, həmçinin, Azərbaycanla Belarus arasında ədəbi əlaqələrin inkişafına dair geniş tədbir baş tutub. Sərgi salonunun ümumi monitorunda  Tərcümə Mərkəzinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilmiş, geniş mətbuat konfransı keçirilib. Tədbirdə Azərbaycanın Belarusdakı səfirliyinin, Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycanın Belarusdakı  diaspor cəmiyyətinin nümayəndələri,  Belarusun və Rusiyanın tanınımış yazıçı və naşirləri iştirak etmişlər. Azərbaycan və Belarus dilində şeirlər səslənmiş, hər iki xalqın milli mahnı və rəqsləri nümayiş etdirilib. Tədbirin sonunda Belarus İnformasiya Nazirliyinin «Zvezda» nəşriyyat evinin direktoru Aleksandr Karlyukeviçlə Tərcümə Mərkəzinin aparat rəhbəri Yaşar Əliyev arasında birgə layihələrlə bağlı müzakirələr aparılmış, müqavilələr imzalanmışdır.

Fevralın 11-də Almaniya, Rusiya, Türkiyə, İsrail və s. kimi ölkələrin yazarlarının qatıldığı "Beynəlxalq ədəbiyyat simpoziumu" çərçivəsində təşkil olunmuş «Yazıçı və zaman» seminarında iştirak edən nümayəndə heyətimiz - Yaşar Əliyev və Etimad Başkeçid "Müasir dövrdə tərcümənin aktuallığı, ədəbi əlaqələrin inkişafı" mövzusunda məruzələrlə çıxış ediblər.

 

 

 

Qalereya

VƏ DİGƏR...

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.

  • Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında Nəsimi yaradıcılığı İtaliya ədəbiyyat portalında

    İtaliyanın populyar “Alidicarta.it” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin italyan dilinə tərcümə edilmiş “Sığmazam” qəzəlinin yayınına başlayıb.

     

  • Makvala Qonaşvilinin şeirlər kitabı nəşr olundu Makvala Qonaşvilinin şeirlər kitabı nəşr olundu

    Dövlət Tərcümə Mərkəzi tanınmış gürcü şairi,  Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvilinin seçmə poetik nümunələrinin toplandığı “Min ikinci gecə” adlı şeirlər kitabını nəşr edib.