Azərbaycan "Beynəlxalq Hekayə Festivalı"nda

Azərbaycan "Beynəlxalq Hekayə Festivalı"nda

16-20 fevral tarixində İstanbulda düzənlənən Beynəlxalq Hekayə Festivalı 2500 gənc müəllif hekayəsi arasından seçilən ədəbi nümunələrin müsabiqə əsasında qiymətləndirilməsini həyata keçirib. Festivalda fəxri qonaq qismində iştirak edən tanınmış dünya yazarları arasında Azərbaycanı yazıçı Afaq Məsud təmsil edib.

Tədbirin İstanbulun Beynəlxalq Kültür Mərkəzində baş tutan açılış mərasimində çıxış edən Afaq Məsud ədəbiyyatın xalqlar və ölkələrarası qarşılıqlı anlaşmada əhəmiyyətli rolundan, bədii sözün, duyğunun, fikrin sərhədsizliyindən danışıb.

Fevralın 17-də  İstanbulun İhsan Mərmərci Anadolu Liseyində təşkil edilmiş "Öykü okulu" tədbirində yazıçının türk dilində "Sərçələr" hekayəsi səsləndirilib, daha sonra məktəbin müəllim və tələbə heyətinin iştirakı ilə diskussiya keçirilib. Tədbir çərçivəsində proqram İstanbul Kültür Mərkəzində "Öykü okumaları", "Əsl hekayə bundan sonra başlanır", "Müasir dövrdə hekayənin rolu" adlı panellərdə məruzələr və müzakirələrlə davam etdirilib. 

 

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.