"Morelin ixtirası" kitabının təqdimat mərasimi keçiriləcək
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə Argentina səfirliyinin birgə layihəsi olan "Morelin ixtirası" kitabının təqdimat mərasimi keçiriləcək.
Vaxtilə ispandilli ədəbiyyatın məcrasını kökündən dəyişmiş məşhur Argentina ədəbi cərəyanın tanınmış siması, Servantes Ədəbiyyat Mükafatı lauretaı Adolfo Bio Kasares Azərbaycanda ilk dəfə nəşr olunur. Kitabın Azərbaycan dilinə tərcüməsi Argentina Xarici İşlər və Etiqad Nazirliyinin Tərcümələrə dəstək üzrə "Sur (Cənub)" Proqramı çərçivəsində həyata keçirilib.
Əsər orijinaldan Azərbaycan dilinə ispan dili mütəxəssisi Emin Ələsgərov tərəfindən tərcümə edilib.
Tədbirə ispandilli ölkələrinin Azərbaycanda fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfirlərinin, ölkənin elm-təhsil, mədəniyyət nümayəndələrinin qatılacağı gözlənilir.
Tədbir barədə geniş informasiyanı Tərcümə Mərkəzinin aztc.gov.az saytından, Mərkəzin "Aydın yol" qəzetindən və digər kütləvi informasiya vasitələrindən əldə etmək olar.
Təqdimat iyunun 2-də saat 12:00-da Azərbaycan Milli Kitabxanasının Akt zalında keçiriləcək.
Əlavə məlumat üçün əlaqə saxlayın:
Azərbaycan Respublikasının |
Azərbaycan Milli Kitabxanası |
VƏ DİGƏR...
-
Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında
İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...