Ernest Heminquey “Qadınsız kişilər”
XX əsrin görkəmli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Ernest Heminquey 1899-cu il iyulun 21-də İllinoys ştatında, Çikaqo civarındakı Ouk-Parkda, həkim ailəsində doğulub. 62 il ömür sürüb – 1961-ci il iyulun 2-də həya¬tına intiharla son qoyub. Heminquey “Əlvida, silah!”, “Əcəl zəngi”, “Qoca və dəniz” kimi məşhur romanların, “Bizim Miçiqanda”, “Qalib heç nə qazanmır” adlı silsilə hekayələrin müəllifidir.
Azərbaycan Tərcümə Mərkəzinin bədii ədəbiyyat həvəskarlarına təqdim etdiyi növbəti kitab – “Qadınsız kişilər” toplusu özündə Heminquey yaradıcılığının zəngin və rəngarəng bir dövrünü – Birinci və İkinci Dünya savaşları arasındakı mərhələni ehtiva edir. Böyük sənətkarın yeni toplusuna “Qadınsız kişilər (hekayələr kitabı)”, “Ya var, ya yox” romanı, həmçinin Afrika mövzusunda yazdığı məşhur “Kilimancaro qarları” və “Frensis Makomberin uzun sürmə¬yən xoşbəxtliyi” əsərləri daxil edilib.
Kitabın tərcüməçisi Mahir N. Qarayevdir.
VƏ DİGƏR...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...
-
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Nəsimi adına Dilçilik İnstitutu; 2013-cü və 2021-ci il nəşrləri) kitabından çıxarılan orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz...