“Xilas yolunun yolçuları”

“Xilas yolunun yolçuları”

Bu kitabda bəhs olunan İlahi Həqiqətlər bəlkə də ilk baxışda sadə görünə bilər. Amma oxuduqca bu sadəliyin arxasında dayanan böyük məqamların söz-söz, qətrə-qətrə, damla-damla dərk olunması İnsanı şaşırdacaq dərəcədə möhtəşəmdi. Uca Yaradana aparan Müqəddəs Yolun – axırda vəhdəti-vücuda necə dönüşməsinin qavranılması baxımından bu topludakıların misli yoxdu. Çağdaş insanın təsəvvüf, sufilik haqda bilgilərinin kamilləşməsinə hesablanmış bu mətnlər İnsan və Yaradan münasibətlərinin ehkamlıqdan çıxaraq ruhi bağlılıqlarına tutulmuş bir aynadı. O-ndan gələnin O-na qayıdış Yolunun cizgilərini, konturlarını ruhi təkamüllə ortaya qoyan azman sufilərin yaratdığı bu mətnlər dini, fəlsəfi, insani baxımdan da əvəzsizdi. İnanırıq ki, mükəmməl təlqinlərlə üzərindən örtüklər götürülən bu sirr xəzinələri  ruhi paklığa səsləmək və Haqq Yolunun Yolçuluğunun ali məqam olduğunu bir daha diqqətə çatdırmaq  yönündə sizlərə yardımçı olacaq.
Kitabı dilimizə yazıçı-tərcüməçi Afaq Məsud çevirib.

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...