Bakı artıq X əsrdən liman şəhəri kimi məşhur idi

Bakı artıq X əsrdən liman şəhəri kimi məşhur idi

Bakının əsası V əsrdə qoyulub. Azərbaycanın paytaxtı olan şəhər müxtəlif dövrlərdə Şirvanşahlar dövlətiBakı xanlığının və Rusiyanın Bakı quberniyasının mərkəzi olub.

Bakıda dövrümüzə qədər gəlib çatmış ən qədim tikili Qız qalasının təməl hissəsi hesab edilir. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra isə şəhərin Qala adlandırılan qədim hissəsinin həyatında yeni dövr başlayıb. 

XIX əsrdə Abşeron yarımadasında neft sənayesinin inkişafı ilə şəhərin ictimai və mədəni həyatında da canlanma baş verir. Şəhərin iqtisadi baxımdan sürətli inkişafı Emmanuel Nobel, Hacı Zeynalabdin TağıyevMusa NağıyevMurtuza MuxtarovŞəmsi Əsədullayev və başqa milyonçuların şəhərə böyük sərmayələr yatırmasına şərait yaradır, çoxsaylı yeni binalar və komplekslər inşa edilir. Azərbaycan şəhərlərində mesenatların sifarişi ilə çoxlu məktəb, xəstəxana və yaşayış binaları inşa edilir.

Bakı adının mənşəyi haqqında müxtəlif fikirlər var. Fars dilində bu adın ilkin forması kimi Baqavan sözündən istifadə edilib. Bu söz Tanrının şəhəri kimi tərcümə olunur. Fars mənbələrində Bakı adının digər bir etimologiyası Bādkube (بادکوبه) kimi yazılan Küləklər şəhəridir. Bakı şəhəri eramızın V əsrində yarandığından Badükübə sözünün bu dövrdən etibarən istifadə olunduğu ehtimal edilir.

Abşeron yarımadası ərazisində tapılmış arxeoloji materiallar buranın qədim yaşayış məskəni olduğunu sübut edir. Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Binəqədi, Əmircan və başqa yerlərdə e.ə. IIII minilliklərə aid arxeoloji abidələr tapılıb. Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və sairə ilə eyniləşdirir. Bakıda tapılmış VVII əsrlərə aid Sasani dəfinəsi o dövrdə buranın yaşayış məntəqəsi olduğundan xəbər verir. Tarixən Bakı Şərqin iri şəhərlərindən olub. Şəhər iqtisadiyyatında neft və duz istehsalı əsas yer tutub. Ərəb səyyahı Əbu Düləfin (X əsr) məlumatına görə, Bakıdakı iki neft yatağından ildə təqribən 720 min dirhəm gəlir əldə edilirmiş. Feodal münasibətlərin, ticarətin və sənətkarlığın inkişafı şəhərin çiçəklənməsinə şərait yaradıb. Beynəlxalq ticarətin yolayrıcında yerləşən Bakı Şərq və Qərb ölkələri arasındakı ticarət əlaqələrində mühüm rol oynayıb. Bakıya Xəzər, Slavyan, Bizans, Çin, İraq, Suriya, Genuya, Venesiya, İran, Hindistan tacirləri gəlib.

Bakı X əsrdən liman şəhəri kimi məşhur idi.

XIV əsrin ortalarına doğru Bakıda ticarət (xüsusilə dəniz ticarəti) yenidən canlanır. Gilan və Şamaxı ipəyinin beynəlxalq ticarətdə əhəmiyyətinin artması ilə əlaqədar Bakının iqtisadi mövqeyi möhkəmlənir. XIV əsrdən etibarən Bakıdan Qızıl Orda, Moskva knyazlığı, Avropa ölkələri və s. yerlərə müxtəlif mallar, xüsusən ipək, xalça ixrac edilir. Bakıda indiyədək qalan tarixi-memarlıq abidələri – Buxara karvansarayı (XIV əsr), Qız Qalası yaxınlığında Multani (hind) karvansarayı (XVXVI əsrlər) və s. o dövrdə Şərq ölkələri ilə geniş ticarət əlaqələrinin mövcudluğundan xəbər verir. Həmçinin, Bakı qədim şəhər olduğundan, burada müxtəlif dövrlərə aid çoxlu sayda tarixi və memarlıq abidələri var.

Bakı şəhərinin mərkəzində sahəsi 22 ha olan İçərişəhər yerləşir. İçərişəhərdə 50-dən çox müxtəlif dövrləri əhatə edən tarixi və memarlıq abidələri var. Bu günə qədər qorunub saxlanmış abidələrə Şirvanşahlar Sarayını, Qız Qalasını, Sınıq Qalanı misal göstərmək olar.

Azərbaycanın memarlıq incilərindən olan Şirvanşahlar Sarayı XV əsrin əvvəllərində salınıb. Bura kompleks, saray, divanxana, şirvanşahlar türbəsi, minarəli saray məscidi, hamam, Seyid Yəhya Bakuvi türbəsi və sonralar ucaldılmış "Şərq" divanxanası daxildir. Kompleksin ilk tikililərinin 1441-ci ilə, son "Şərq" divanxananın tikintisinin isə 1558-ci ilə aid olduğu qeyd edilir.

Azərbaycan memarlığının unikal abidəsi olan "Qız Qalası" İçərişəhərin cənub-şərq hissəsində ucaldılıb və bu abidə iki mərhələyə tikilib. Abidənin 13,7 m hündürlüyünə qədər olan aşağı hissəsi, bir çox alimlərin hesab etdiyi kimi, eramızdan əvvəl VIIVI əsrlərə aid edilir.

Od məbədi olan "Atəşgah" Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. "Atəşgah" XVIIXVIII əsrlərdə yerdən təbii qazın çıxdığı ərazidə inşa edilmiş od məbədidir. Məbədin ən erkən tikilisi olan tövlə eramızın 1713-cü ilinə aiddir, mərkəzi məbəd-səcdəgahı isə 1810-cu ildə hindli tacir Kançanaqaranın vəsaiti ilə tikilib.

Bakının ən qədim və zəngin tarixi abidələrindən biri də bütün dünyada öz qayaüstü təsvirlərilə tanınmış Qobustandır. Qobustanda Böyükdaş, Kiçikdaş, Cingirdağ, Sonqardağ və Şıxqaya dağlarında daş dövrünün və Azərbaycan xalqının şərəfli tarixinin şahidləri olan çoxlu qayaüstü təsvir, düşərgə, yaşayış məskəni, qəbir abidələri və s. var. Böyükdaş ərazisində mezolitdən orta əsrlərə qədər bütün dövrlərin abidələrinə rast gəlmək olar.

Bakının Mərdəkan qəsəbəsində qədim tarixə malik iki qala mövcuddur. Bunlardan biri XII-ci əsrdə Şirvanşah Mənuçöhrün oğlu Axsitanın düşmən üzərində parlaq qələbəsi şərəfinə ucaldılıb.

2-ci qala dairəvidir, yerlilər bu qalanı Şıx qalası adlandırırlar. Üstündəki daş kitabədən məlum olur ki, qala 1232-ci ildə memar Əbdülməcid Məsud oğlu tərəfindən tikilib.

Sevinc Fədai


VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.