“Əsrarəngiz Misir nağılları” Azərbaycan dilində

“Əsrarəngiz Misir nağılları” Azərbaycan dilində

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – Mərkəzlə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə ərsəyə gətirdiyi “Əsrarəngiz Misir nağılları” kitabı işıq üzü görüb.

Uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulan kitab, oxucularını sehrli Misir aləminə dəvət edir, ölkənin qədim mədəniyyəti, adət-ənənələri, tarixi və insanları haqqında maraqlı, zəngin təəssürat yaradır.

Nağılları ərəb dilindən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin əməkdaşı Fərid Camalov tərcümə edib. 

Kitabın redaktoru Salam Sarvandır.

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.