Tanınmış Misir yazıçısı Tərcümə Mərkəzində

Tanınmış Misir yazıçısı Tərcümə Mərkəzində

Tanınmış  Misir yazıçısı, Misir Milli Tərcümə Mərkəzinin rəsmisi cənab Yaqub Əl-Şəruni Tərcümə Mərkəzinin qonağı olub. Görüş zamanı Azərbaycan Tərcümə Mərkəzi ilə Misir Milli Tərcümə Mərkəzinin birgə əməkdaşlığı əsasında ərsəyə gətirilən beynəlxalq layihələrdən söz açılıb.

Yaqub Əl-Şəruni: «Misir Milli Tərcümə Mərkəzi ilə Azərbaycan Tərcümə Mərkəzinin əməkdaşlığı son illər Azərbaycan ədəbiyyatının ərəb dünyasına yaxından tanıdılmasına geniş imkanlar yaradıb. Ötən il Misirdə işıq üzü görmüş «Azərbaycan hekayələri antologiyası» Misirin mərkəzi kitabxanalarına, kitab evləri və universitetlərə yerləşdirilməklə bərabər, digər ərəb ölkələrinə də yayımlanıb, beynəlxalq kitab sərgilərində təqdim edilib və böyük marağa səbəb olub».

Daha sonra yazıçı ədəbiyyatın və ədəbi mübadilələrin ölkələr və xalqlar arasında qarşılıqlı  anlaşma yaratmaqla yanaşı, dünyanın bir çox problemlərinin həllinə də təsir göstərdiyini bildirib: «Ədəbiyyatın «yumşaq qüvvə» deyilən xüsusi təsir imkanları var. Bu, iqtisadiyyatın, siyasətin cəmiyyətə təsir imkanlarından daha üstün, fövqəl bir gücdür – insan qəlbinə nüfuz etmək gücü».     

 

 

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.