Gənc tərcüməçilər “Dəf(i)nə yarpağı”nın əhəmiyyətindən danışdılar
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təsis etdiyi “Dəf(i)nə yarpağı” bədii tərcümə müsabiqəsi Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) üzvlərinin iştirakı ilə müzakirə edilib. Görüşdə Mərkəzin mətbuat və nəşr məsələləri üzrə müşaviri Fərid Hüseyn AGTA üzvlərinin suallarını cavablandırıb. Müsabiqənin ölkədə maraqla qarşılandığını bildirən AGTA üzvləri belə layihələrin davamlı olmasını arzulayaraq, gənc tərcüməçilərin bu səpkili müsabiqələrdə iştirakının əhəmiyyətli olmasını qeyd ediblər.
Qalereya
VƏ DİGƏR...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...
-
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Nəsimi adına Dilçilik İnstitutu; 2013-cü və 2021-ci il nəşrləri) kitabından çıxarılan orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz...