Misir Respublikası Səfirliyinin rəsmisi Tərcümə Mərkəzində

Misir Respublikası Səfirliyinin rəsmisi Tərcümə Mərkəzində

Noyabrın 28-də Misir Respublikası Səfirliyinin Mədəniyyət məsələləri üzrə attaşesi, Misir Mədəniyyət Mərkəzinin direktoru cənab Əhməd Sami Elaydi Tərcümə Mərkəzində olub. Görüş zamanı Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə Misir Milli Tərcümə Mərkəzi arasında yaradılmış sıx əməkdaşlıq çərçivəsində ərsəyə gələn nəşrlər, Azərbaycan ədəbiyyatının ərəb dünyasında tanıdılması istiqamətində həyata keçirilmə­si nəzərdə tutulan yeni layihələr müzakirə olunub. Azərbaycan ədəbiyyatı, elm və mədəniyyətinin bu regionda daha geniş təbliği və öyrənilməsi məqsədi ilə Mərkəzin, Səudiyyə Ərəbistanı, Misir, Qətər, Küveyt, Mərakeş və digər ərəbdilli ölkələrdə nümayəndəliklərinin yaradılması, həmçinin digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

 

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.