Azərbaycan ədəbiyyatı Belarusda təqdim olundu

Azərbaycan ədəbiyyatı Belarusda təqdim olundu

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin, milli ədəbiyyatın beynəlxalq aləmdə tanıdılması və təbliği istiqamətində ərsəyə gətirdiyi Belarus dilində “Müasir Azərbaycan ədəbiyyatı antologiyası – Poeziya” kitabı XXVI Minsk Beynəlxalq Kitab Sərgisində təqdim edilib.

Belarus Milli Kitabxanasında baş tutan tədbirdə Belarusun ədəbi ictimaiyyəti, mətbuat nümayəndələri, qiraət ustaları iştirak edib. Kitaba daxil edilən şeirləri Belarus dilinə tərcümə etmiş tanınmış şair-tərcüməçilər – Naum Qalperoviç, Tatyana Sivets, Yuliya Aleyçenko və Valeriya Sarotnik çıxış edərək, Azərbaycan–Belarus ədəbi-mədəni əlaqələrinin inkişafından, xalqlararası anlaşmanın körpüsü olan bu mübadilələrin müstəsna əhəmiyyətindən danışıblar.

Daha sonra Belarusun məşhur qiraət ustası Nikolay Leonçik antologiyaya daxil edilmiş Azərbaycan şairlərinin şeirlərini səsləndirib. Tədbirin bədii hissəsində Azərbaycan milli rəqsi nümayiş etdirilib.

Qeyd edək ki, kitaba – müasir Azərbaycan poeziyasının Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, Əli Kərim, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Məmməd Araz, İsa İsmayılzadə, Ələkbər Salahzadə və digər bu kimi parlaq simalarının şeirləri toplanıb.  

Tədbir Belarus mətbuatında və televiziyasında geniş işıqlandırılıb.      

 

Qalereya

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...